09.10.2026 - 16:08
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək
Kriminal 169 baxış

Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovla əlaqədar Afət Fərmanqızıya qarşı açılan mülki iddia üzrə məhkəmə işi sona çatıb. Baku.ws-ın verdiyi məlumata görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı yayılmış məlumatların təkzib edilməsi və şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsi tələbi müzakirə olunub.

Məhkəmə yekun qərarını açıqlayıb və müğənninin qardaşının iddiasını qismən təmin edib. Qərara əsasən, Afət Fərmanqızının internet kanallarında, sosial şəbəkələrdə, “YouTube” və “Telegram” platformalarında işlədilmiş ifadələrin Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğu təsdiqlənib.

Eyni zamanda, dəymiş mənəvi ziyana görə yeddi min manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manatın Afət Fərmanqızıdan tutularaq Rəşad Şahyar oğlu Şərifova ödənilməsi qərara alınıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: