07.10.2026 - 16:08
Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı
Kriminal 4 baxış

Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı

SOCAR-AQŞ MMC-nin keçmiş baş direktoru Ramin İsayevin kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb. İsayev 54 milyon manatlıq mənimsəmə ittihamı ilə üzləşir.

Minval.info xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Ramin İsayevin cəzası təsdiqlənib.

Əvvəlki qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsi İsayevə 14 il azadlıqdan məhrumetmə cəzası vermişdi. Həmçinin, o, 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməmişdi. İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttihamlar arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma da var. İş üzrə müəyyən edilmiş ziyan 54 milyon manat təşkil edir. Ramin İsayevin Harvard Universitetinin məzunu olduğu da qeyd olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: