Yasamal rayonunda “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti – Yasamal rayonunda “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını oğurlayan şəxs saxlanılıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı Bakı şəhər sakini Xəyal Hüseynzadə tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Yasamal və paytaxtın digər rayonlarında ümumilikdə 6 avtomobilin katalizatorunu oğurladığı məlum olub. Xəyal Hüseynzadə əsasən “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını kəsib oğurladığını etiraf edib.
Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Xəyal Hüseynzadə saxlanılan zaman onun üzərindən aşkar olunub.
Saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəyal Hüseynzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Minval.info

https://youtu.be/DQCyf9trYwM?t=1
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır