“Dastana döndü” layihəsi təqdim edildi – VİDEO
Repçi PRoMete və bəstəkar Muxtar Abseynov bir araya gələrək “Dastana döndü” layihəsini təqdim edib.
Minval.info xəbər verir ki, mahnının musiqisi və aranjimanı Muxtar Abseynova məxsusdur. Çəkilişləri Qəbələdə baş tutan klipin rejissorluğu Qəmər Xanıma həvalə olunub. Ekran işində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara ziyarət etdiyi kadrlar da yer alıb.
PRoMete 1 günün ərzində çəkilən klip haqqında bu sözləri deyib:
“Mahnının ana xətti özünü 3 gülün təsvirində göstərir və rəssam ifanı dinləyərək, ifaçıların daxili aləmini kətana köçürür”.
Qeyd edək ki, mayın 8-i Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa ilə bağlı paylaşımında sözügedən klipi öz şəxsi İnstaqram hesabında paylaşıb:
“Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəkliyi qarşısında baş əyirik. Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.
https://www.youtube.com/watch?v=puO4G9rEA24&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi