Dənizdə boğulan bacılar nazirlik əməkdaşının övladlarıdır
Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dənizində iki bacı boğularaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, həmin qızlar vəzifəli şəxsin övladlarıdır. Bu haqda “Respublika” qəzetində başsağlığı yer alıb.
Belə ki, boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızlarıdır.
Xatırladaq ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib. Dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.
***
“Qafqazinfo” iki bacının dənizdə boğulması ilə bağlı bir sıra detalları əldə edib.
Məlum olub ki, Abdullayevlər ailəsi istirahət etmək üçün birlikdə çimərliyə gediblər. Çimərlikdə olarkən, Asəf Abdullayev çay dəmləmək qərarına gəlib və özləri ilə götürdüyü “samovar”ı qaynatmaq üçün dənizdən bir qədər aralıya çəkilib. Bu zaman Aysel və Aysun suya giriblər. Havanın küləkli olduğundan dənizdə ləpələnmə çoxalıb. Bacılar dərinliyə getməsə də, ləpə onları dənizə tərəf çəkib. Sudan çıxa bilməyən bacılar boğularaq vəfat ediblər.
Asəf Abdullayevin Penitensiar Xidmətdə bölük rəisi olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
Həkim Nicatın qəhrəmanlığı: İnfarktdan xilas etdi
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu
Rusiyada azərbaycanlı bacı-qardaş faciəvi şəkildə öldü
Şəmkirdə istixanada yanğın: FHN operativ müdaxilə etdi