Gözəl Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra belə qaçdı - VİDEO
Sentyabrın 20-nə keçən gecə İstanbulun Florya adlanan ərazisindəki ofisində “Ədalət” partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyərək qətlə yetirən Gözəl Dəmirovun hadisə yerindən necə uzaqlaşması kameralara düşüb.
Türkiyə mediasında G.Dəmirovun hadisə yerinə gələn insanların arxasından necə keçib getməsini əks etdirən görüntüləri yayılıb.
Qeyd edək ki, məlum qətldən 3 saat sonra keçmiş polis polkovniki və biznesmen olan Gözəl Dəmirov Beşiktaşdakı Etiler məhəlləsində sürücüsü ilə birgə tutulub. O, E.İsmayılovu dəyəri 4 milyon lirə olan şirkət səhmlərinə görə qətlə yetirdiyini etiraf edib.
Onu da qeyd edək ki, qətlə yetirilən E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onların İlyas adında 4 yaşlı oğlu var.
Publika.az
https://www.dailymotion.com/video/x6txjrk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Oqtay Gülalıyev yenə əməliyyat olundu
"Mall"ar və iri ticarət mərkəzləri açılarsa - Bu şərtlərlə işləyəcək
Əli Kərimlinin qaynı və İlkin Rüstəmzadə əfv edildi
Türkiyə Suriyanın hərbi aerodromunu dağıtdı
Türkiyədə dağıntılar altından xilas edilənlərin sayı açıqlandı
Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama
Türkiyəli general: “İlk yardım can Azərbaycandan gəldi”
