"Dəmir Yolları"nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var
Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.
Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun “Goran Stansiyası” ərazisində baş verib.
Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri – 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır.
Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır