“Dədə Qorqud” eposu UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib

UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə bəyanatında deyilir.
Bəyanata görə, bu barədə sənəd UNESCO-ya Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən birgə təqdim edilib.
UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası 2018-ci il noyabrın 26-da başlanıb, dekabrın 1-nə kimi davam edəcək. Sessiya Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilir.
Bəyanatda deyilir ki, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycan, Türkiyə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin bu xalqların ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ edir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi