COVID-19-un "kentavr" subvariantı təhlükəlidir? - ÜST-dən AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) Rusiyada da daxil olmaqla müəyyən edilən “kentavr” kimi tanınan koronavirusunun “omikron” ştammının yeni “BA.2.75” subvariantının xəstəliyin ağır keçməsinə təsir etdiyi barədə məlumat yoxdur.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrə Baş Qərargahında bildiriblər.
“Kentavr”ın təhlükəli olub-olmaması ilə bağlı sualı cavablandıran qurumun mətbuat xidməti deyib: “Onun xəstəliyin ağır keçməsinə təsiri haqqında hələ kifayət qədər məlumatımız yoxdur. Məlumatlar gələn kimi biz yaxından izləyəcəyik”.
Təşkilat xatırladıb ki, “kentavr” subvariantı indiyədək ondan çox ölkədə tapılıb və əksər hallarda söhbət “Hindistandan [virus genomunun] ardıcıllığından” gedir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Reper 50 Cent Həbibə 2 milyon dollar təklif etdi
Dünya ölkələri karantinin yumşaldılmasından sonra... - FOTOLAR
Metro istifadəçilərinə şad xəbər - Foto
İŞİD-ə qoşulanların acı sonluğu - Yeni dosye
Evimdəyəm və danışmaq istəmirəm - Əbülfəs Qarayev