Corc Qafarovdan onu qınayanlara CAVAB: "Roza Zərgərli mənə ev almayıb..."
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinin məlumatına görə, Corc Qafarova 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.
“Minval.info”nun məlumatına görə, gənc aktyorun evlə təmin olunması sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. Belə ki, istifadəçilər Corcun evlə təmin olunmasına sərt reaksiya veriblər.
Çox keçməyib ki, Qafarov “Instagram” hesabından ev məsələsinə aydınlıq gətirərək, onu qınayanlara cavab verib:
“Roza xanım məni rəsmi olaraq övladlığa götürməyib, mənə ev almayıb, bacardığı qədər əlimdən tutub, kömək edib. Mən və qardaşım evimizin olmadığına görə Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik, qurum da mənim və qardaşımın uşaq evində böyüdüyümüzü, dövlətin himayəsində təhsil aldığımızı və valideynimizi itirdiyimizi araşdırdıqdan sonra bizi mənzillə təmin etdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı