Cinsi azlıqlar Bakıda polis şöbəsinə BASQIN ETDİ - FOTO

Bakının Nəsimi rayonunda iki nəfər polis bölməsinə hücum edib.
Minval.info-nun məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
İddia olunur ki, basqın edən şəxslər cinsi azlıq nümayəndələridir. Onlar Nəsimi rayon Polis İdarəsi 22-ci polis şöbəsi hücum edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Minval.info-ya bildirib ki, hadisəni törədən şəxslər barədə qanunauyğun şəkildə tədbir görülüb:
“Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub. Digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır”.
Polis mayorunun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
