Cibgirlik edən keçmiş məhkum saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinə ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaların və 35 manat pulun oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info -ya verilən məlumata görə, müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirliklə məşğul olan şəxsin əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Ağayevin oğurladığı qızılları satdığı və özünün əyləncəsinə xərclədiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır