Çexiyada azərbaycanlı gənc iki çex uşağı ölümdən xilas edib
Çexiyanın Zlin şəhərində azərbaycanlı gənc Aslanov Ruslan yerli millətə məxsus iki uşağı yanan kafedə ölümdən xilas edib.
“Report”un Polşa bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 19-da baş verib.
Şəhərin kənarındakı kiçik kafelərin birində qəflətən baş verən yanğın zamanı yaranan panikada obyektdən küçəyə atılan insanlar arasında qadın müştərilərdən birinin iki az yaşlı uşağı kafedə qalır. Yanğın söndürənlər gələnə qədər yanğın şidddətləndiyindən azyaşlılar faktiki olaraq ölümlə üzləşirlər, uşaqların anası da daxil heç kim uşaqları xilas edə bilmir. İnsanlar arasında yalnız R. Aslanov bir neçə nəfərin üst geyimini alaraq bürünüb içəri girir, uşaqları xilas edir. Hadisə nəticəsində azərbaycanlı gənc və azyaşlı çexlər yüngül xəsarət alıblar. Etdiyi fədakarlığa görə uşaqların valideynləri azərbaycanlıya mükafat təqdim etsələr də o bundan imtina edib.
Qeyd edək ki, R. Aslanov Çexiyada və Polşada kiçik bizneslə məşğuldur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tanınmış şirkətin əməkdaşına 14 bıçaq vurana hökm oxundu
Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: yeddi yaralı
Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: "Ayda 700 manat maaş alırdım"
Piyada keçidindən keçməyən qadını avtomobil vurdu
Ələt-Astara yolunda “Mercedes” aşdı, iki nəfər xəsarət aldı
Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır -FOTO