Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçilib. Modern.az UEFA saytına istinadən xəbər verir ki, İtaliyanın “İnter” klubunun hücumçusu Mauro İkardinin doğma meydanda “Tottenhem” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğunun nəticəsində həftənin ən yaxşı qolu seçilib. Argentinalı futbolçunun matçın 86-ci dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 42 faizinin səsini toplayıb.
İspaniyanın “Barselona” klubunun hücumçusu Usman Dembelenin “PSV” ilə matçın 75-ci dəqiqəsində vurduğu qol 27 faiz səslə ikinci olub.
Üçüncü yerdə isə “Real Madrid”in gənc hücumçusu Mariano Diazın “Roma”ya vurduğu qol olub. Bu qol 18 faiz səs toplayıb.
Həmçinin UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. Argentinalı futbolçu “Liverpul” klubunun yarımmüdafiəçisi Ceyms Milneri, “Lion”nun hücumçusu Nabil Fekiri və “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Poqbanı qabaqlayıb.
Qeyd edək ki, “Barselona”nın Hollandiyanın “PSV” klubuna 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi üç qol vurub.
https://youtu.be/p6JktqIel80
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tokio Olimpiadasında sifariş verilən 130 min porsiya yemək zibilliyə atılıb
"Mançester Yunayted" Sanço üçün 3 dəfə ödəniş etmək istəyir
İtaliya kubokunun qalibi müəyyənləşdi
Millimiz Makedoniyaya qarşı
Monakoda keçirilən iqtisadi forumda Bakı Şəhər Halqası təmsil olunub
Fransız nəhəngi avro kuboklardan uzaqlaşdırıla bilər