Canlı yayımda deputatların maaşı müzakirə ediləcək

Son günlər mediada və ictimaiyyətdə ciddi müzakirələrə səbəb olan deputatların maaş artımı “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişində müzakirə olunacaq.
Sabah, mayın 8-də, saat 15.00-də başlanacaq canlı yayımın qonaqları isə eks deputat Etibar Hüseynovla “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev olacaq.
Qonaqlarımız deputatların maaş artımı barədə fikirlərini açıqlayacaq, bu mövzuda yaranan fərqli mövqelərə münasibət bildirəcək və oxuculardan gələn sualları cavablandıracaqlar.
Siz də canlı yayıma öz suallarınızla qatılmaq üçün “Yeni Müsavat”ın Facebook səhifəsinə daxil olub, sözügedən saatda verilişi izləyib, suallarınızı ünvanlaya bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əməkdar artist Sevda Məmmədzadə komaya düşdü
Bakıda sabah yağış, şimşək və leysan gözlənilir
Poliqlot atasının işdən çıxarılmasına etiraz edir
Bakı metrosunda gediş haqqı artırıla bilərmi?
Bakıda qadın bahalı telefonunu taksidə itirdi
Şuşanın qayalarına yazılan xatirələr: Keçmişin izi
Heyvandarlığa dəstək: Hər heyvana 4 manat subsidiya!