“Çətinliklə öldürdüm” – Çaqqal çobanın barmağını qopardı – VİDEO
Hacıqabul sakini qoyun otaran zaman Çaqqal hücumuna məruz qalıb.
Hadisə rayonun Ağacanlı kəndi ərazisində baş verib.
Kənd sakini Mətləb Mirzəyev səhər saatlarında heyvanlarını örüş sahəsinə ötürüb geri qayıdarkən çaqqal ona hücum edib. Mirzəyev üzərinə atılan yırtıcını kənarlaşdırmaq istəyərkən vəhşi heyvan onun diz nahiyəsini və barmaqlarını dişləyib. Nəticədə kişinin sol əl barmağının uc hissəsi qopub. Özünü itirməyən Mətləb Mirzəyev çaqqalı öldürüb. Xəstəxanaya gedən şəxsə quduzluğa qarşı vaksin vurulub. Qoparılan barmaq yerinə bərpa olunub.
Mətləb Mirzəyev – Zərərçəkən: “Sağ əlimin barmağının birini qoparıb apardı. Çətinliklə öldürdüm. Müqavimət göstərməsəydim daha böyük xəsarət ola bilərdi”.
https://www.youtube.com/watch?v=a8zCub74_5Y
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır