15.07.2018 - 21:19
Hadisə
27 baxış
Cəlilabadda taxılla dolu “Qazel” aşıb, sürücü ölüb
Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib.
İlkin məlumata görə, həmin ərazidə taxılla dolu “Qazel” markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.
Nəticədə “Qazel”in sürücüsü rayon sakini, 1965-ci il təvəllüdlü Nuriyev Məhəmməd Bayram oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
11.09.2026 - 17:08
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
11.09.2026 - 16:33
Şərurda yanğın: 9 heyvan tələf oldu
11.09.2026 - 16:26
Həkim Nicatın qəhrəmanlığı: İnfarktdan xilas etdi
11.09.2026 - 15:16
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu
11.09.2026 - 13:17
Rusiyada azərbaycanlı bacı-qardaş faciəvi şəkildə öldü
11.09.2026 - 12:56
Şəmkirdə istixanada yanğın: FHN operativ müdaxilə etdi
11.09.2026 - 09:47
Marketdə çörək rəfində ilan təlaş yaratdı
11.09.2026 - 08:51