Bu, Rusiya cəbhəsini çökdürəcək - ŞOK AÇIQLAMA
“Donetsk və ya Luqanskın işğaldan azad edilməsi Rusiya cəbhəsini tamamilə çökdürəcək”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.
O, Ukraynanın qəti qələbəsi üçün bir neçə şərti sadalayıb.
“Birincisi, mühüm infrastruktur obyektlərini hava hücumundan müdafiə sistemləri ilə qorumaq lazımdır. Çünki Rusiya yalnız mülki şəxslərlə döyüşəcək. İkincisi, Luqansk və ya Donetskin azad edilməsi domino effekti yaradacaq, Rusiya cəbhəsini çökdürəcək və bu, ölkədə siyasi sabitliyin pozulmasına gətirib çıxaracaq”, – deyə Podolyak Tvitterdə yazıb.
Ukrayna rəsmisi Luqansk və Donetskin işğaldan azad edilməsi ssenarisinin reallığına əmin olduğunu, lakin onun həyata keçirilməsi üçün silah gərəkdiyini bildirib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur