Bu ölkədə koronavirus peyvəndinin yaşı 5-ə endirildi

Slovakiyada COVİD-19 peyvəndinin yaşı 5-ə endirilib.
Minval.info AZXEBER.COM-a istinadən xəbər verir ki, koronavirusla mübarizədə qalib gəlmək istəyən ölkələr peyvənd üçün yaş həddini aşağı salmağa davam edərkən, Slovakiya da bənzər bir addım ataraq peyvənd yaşını 5-ə endirdiyini açıqlayıb.
Koronavirusun əsiri olmaq istəməyən ölkələr peyvənd tətbiqlərini sürətləndirərək yenidən virusa qalib gəlməyi hədəfləyirlər, bu ölkələr arasında Slovakiya da var.
Ölkədə könüllü olaraq hazırlanan COVİD-19 peyvəndinin 5 yaşdan yuxarı uşaqlar üçün vurulmasına görə valideynlərin, pediatrın və ya mütəxəssis həkimlərin razılığı alınacaq.
Onu da qeyd edək ki,Slovakiyada koronavirus peyvəndinin 3-cü dozası üçün hazırlıqlara başlanıb.
İki dozalı koronavirus peyvəndindən 8 ay keçən insanların üçüncü dozaya sahib ola biləcəyi, üçüncü dozanın prioritet qrupuna tibb işçiləri, xroniki xəstəlikləri olanlar, müəllimlər və qocaların daxil olacağı məlum olub.
Slovakiyada epidemiyanın başlanmasından bəri 396 min 904 yoluxma halı aşkar edilib, 12 min 553 nəfər virus səbəbiylə ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır