“Bu, nazirliyin səlahiyyəti çərçivəsində deyil” - Əbülfəs Qarayev

“Bakının Qaradağ rayonunun Puta qəsəbəsində tapılan meyit qalıqlarının şair Mikayıl Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək üçün aparılan araşdırmalar davam etdirilir, müxtəlif ekspertizalar keçirilir”.
Minval.İnfo-nun “Report”a istinadən xəbərinə görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu, bir günə başa çatdırılması mümkün olan proses deyil: “Bu, müxtəlif alimlərin iştirakı və fərqli analizlərin aparılması ilə həyata keçirilməlidir. Müvafiq dövlət orqanları bununla məşğuldurlar. Təsdiq olunanda, ya da olunmayanda bu haqda bizə xəbər veriləcək, onda biz də ictimaiyyəti məlumatlandıracağıq”.
Ə.Qarayev qeyd edib ki, tapılan qalıqların şair M.Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək Mədəniyyət Nazirliyinin səlahiyyəti çərçivəsində deyil:
“Bunu alimlər müəyyənləşdirəcək. Əgər orada Mikayıl Müşviqə, ya da hər hansı digər bir ədibə, mədəniyyət, incəsənət xadiminə aid meyit qalıqları varsa sözsüz ki, dövlət, Mədəniyyət Nazirliyi lazımi tədbirlər görəcək. Amma ilk növbədə bu məlumatın həqiqət olduğu təsdiqini tapmalıdır. Təsdiqlənməmiş informasiya əsasında hansısa addım atmaq doğru olmaz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi