“Bu küləyin hardan əsdiyi çox dəqiq bilinir” - Dini Komitənin rəsmisi Gəncə hadisəsindən DANIŞDI
“Dünən Gəncədə baş vermiş hadisənin əsl dindarlarla, dinlə və islamla heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan dövlətinə, xalqına və milli dövlətçiliyimizə qarşı təxribatdır. Dünənki hadisəyə sadə vətandaşlarımızın, xüsusilə də ziyalı şəxslərin münasibəti bir daha onu göstərdi ki, sosial durumundan, təhsilindən, heç bir mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar dövlətçiliyimizin yanındadır”.
Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.
Qurum rəsmisi bildirib ki, insanlarımız bu təxribatın arxasında kimlərin dayandığını və durduğunu artıq hiss ediblər:
“Mən sosial şəbəkələrə göz gəzdirdikdən sonra belə bir qənaətə gəldim ki, Azərbaycan ziyalıları, xüsusilə media mənsubları bu küləyin haradan əsdiyini və onun istiqamətini çox dəqiq bilirlər və çox da dəqiq hədəfi tutublar. Bir daha təkrar edirəm ki, Gəncədə baş vermiş hadisə dövlətçiliyimizə və xalqımıza qarşı təxribatdır. Bu hadisəni törədənlər və arxasında duran şəxslər mütləq öz cavablarını almalıdırlar və alacaqlarına da inanıram. Əsl dindarlar təssübkeş müsəlman olduqları kimi, həm də təəssübkeş azərbaycanlıdırlar və milli dövlətimizin də təəssübkeşləridir. Bu cür hadisələri din adına yazmaq olmaz. Bu, din pərdəsi altında və dindən istifadə edərək dövlətimizə qarşı həyata keçirilən məkirli bir plandır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Təzə Bazar” yenidən qurulacaq - Foto
2 yaşlı uşaq qaynar suda yandı - FOTO
Hava kəskin dəyişəcək: Yağış və qar yağacaq
Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi
Məktəblərdə “Son zəng”in vaxtı məlum oldu
Komada olan jurnalistin xanımı prezidentə müraciət etdi
Azərbaycanda bu mobil proqrama blok qoyuldu