11.09.2026 - 12:42
Ölkə 16 baxış

Bakının yollarında tıxaclar: Sürücülərə xəbərdarlıq!

Bakının müxtəlif yollarında ciddi tıxaclar müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bu barədə məlumat yayıb.

Minval.info xəbər verir ki, hazırda aşağıdakı istiqamətlərdə sıxlıq yaranıb: Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində; Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: