İçərişəhərin məscidləri: Tarix və təhsil mərkəzləri
İçərişəhərin qədim məscidləri və onların tarixi haqqında maraqlı faktlar ortaya çıxıb. Əməkdar mədəniyyət işçisi Rahib Azəri, İçərişəhərdə tarixən 28 məscidin mövcud olduğunu və bu rəqəmin şəhərin müxtəlif yerlərində özünü göstərdiyini bildirib. Məsələn, “Qız qalası”nın kiçik qülləsinin hündürlüyü 28 metrdir və şəhərin bəzi yerləri dəniz səviyyəsindən 28 metr aşağıdadır.
Minval.info xəbər verir ki, Rahib Azəri, İçərişəhərdəki məscidlərin yalnız ibadət yeri olmadığını, eyni zamanda ilkin təhsil ocaqları kimi fəaliyyət göstərdiyini vurğulayıb. Məscidlərdə uşaqlara əlifba və “Quran” oxumaq tədris olunurdu.
Bundan əlavə, qədim Bakıda asayişin qorunmasında qoçuların mühüm rol oynadığı qeyd edilib. Bəzi məhəllələrdə polis daxil olmurdu və həmin bölgələrdə asayişi qoçular təmin edirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli Əsədov mobilizasiya ehtiyatları qərarını imzaladı
Bakıya yağışsız, dəyişkən hava gəlir!
Dövlət Su Agentliyinə torpaq alma səlahiyyəti verildi
Orduda köhnə qaydalar dəyişməlidir: Ekspert çağırışı
Bakının yollarında tıxaclar: Sürücülərə xəbərdarlıq!
Azərbaycanda enerji investisiyaları artır, qeyri-neft geri qalır
Çimərlikdə külək dəyişikliyi: Temperatur necə olacaq?