Azərbaycanda enerji investisiyaları artır, qeyri-neft geri qalır
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 10 faiz artaraq 12,68 milyard manata çatmışdır. Bununla yanaşı, qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların artımı isə cəmi 1,4 faiz təşkil etmişdir.
Minval.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Azərbaycanda enerji sektoruna investisiyaların artmasının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, enerji sektoru uzun müddətdir ölkənin əsas prioritet istiqamətlərindən biri olaraq qalır və bu sahədə həyata keçirilən yeni layihələr investisiyaların artmasına səbəb olur.
“Azərbaycanda enerji sahəsinə investisiyalar artıb və bu həmişə belə olub. İndi enerji sahəsi ilə bağlı yeni layihələr həyata keçirilir. İstər neft, istər qaz, istər yaşıl enerji sahəsində investisiyaların artması təbiidir”, – deyə N.Cəfərli qeyd edib.
Bununla yanaşı, iqtisadçı qeyri-neft sektorunda investisiyaların artımının gözləntilərə cavab vermədiyini vurğulayıb. “Qeyri-neft sektorunda investisiyalar istədiyimiz şərtlərlə artmır, yəni gözləntilərə cavab vermir”, – deyə o əlavə edib. N.Cəfərli bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının əsas drayveri enerji sektoru olaraq qalır və qeyri-neft sektorunun inkişafı üçün müəyyən addımların atılmasına ehtiyac var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır