Dövlət Su Agentliyinə torpaq alma səlahiyyəti verildi
Nazirlər Kabineti dövlət ehtiyacları üçün torpaq alınması ilə bağlı yeni qərar qəbul edib. Bu qərara əsasən, Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşası məqsədilə torpaq sahələrinin alınması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi səlahiyyətləndirilib.
Minval.info xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, agentlik bu torpaq sahələrinin alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə təkliflərini hökumətə təqdim etməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi