Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.
Minval.info xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 8 qrupda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” 15-ci mövsümünü keçirəcək. “Sarı-qırmızılar”ın ilk turda rəqibi Rusiya çempionu “Lokomotiv” (Moskva) olacaq. İstanbuldakı “Türk Telekom” stadionunda təşkil olunacaq görüşü Canluka Rokkinin rəhbərliyi ilə italiyalı hakimlər briqadası idarə edəcək.
Çempionlar Liqasının finalçısı İngiltərənin “Liverpul” komandası Fransa PSJ-sini qəbul edəcək. Avropa Liqasının son qalibi İspaniya “Atletiko”su isə “Monako”nun qonağı olacaq.
Çempionlar Liqası, I tur
18 sentyabr
A qrupu
23:00. “Monako” (Fransa) – “Atletiko” (Madrid, İspaniya)
23:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)
B qrupu
20:55. “İnter” (İtaliya) – “Tottenhem” (İngiltərə)
20:55. “Barselona” (İspaniya) – PSV (Eyndhoven, Hollandiya)
C qrupu
23:00. “Srvena Zvezda” (Serbiya) – “Napoli” (İtaliya)
23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)
D qrupu
23:00. “Şalke” (Almaniya) – “Portu” (Portuqaliya)
23:00. “Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Moskva, Rusiya)
Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki “Vanda Metropolitano” stadionunda təşkil olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neymar Braziliya millisinin düşərgəsini tərk etdi
1981-ci il təvəllüdlü ən bahalı 10 futbolçu açıqlandı - SİYAHI
Məsud Özil nişanlısı üçün 5 illik karyerasından vaz keçir
Ronaldonun canlı yayımda etdiyi hərəkət gündəm oldu - FOTO
"Qarabağ"dan ardıcıl 10-cu qələbə
Mbappe PSJ-nin tarixinə düşdü
"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu