Brilliant Dadaşova ağladı: "İndi o, mənim qəhrəmanımdır"

Xalq artisti Brilliant Dadaşova tədbirlərin birində qazilərlə bir araya gəlib.
Minval.info xəbər verir ki, müğənni Vətən müharibəsi iştirakçıları onunla şəkil çəkdirən zaman göz yaşlarını saxlaya bilməyib.
O, həmin hərbçilərdən biri ilə bağlı xatirəsini də bölüşüb:
“Qazilərimizdən biri mənə danışdı ki, Mingəçevirdə mənim solo konsertimdə olub. Onun 8-9 yaşı var imiş. Qaça-qaça gəlib dəyib mənə. Bilmirəm yıxılmışam, yoxsa divara dəydim. Bu bir təsadüfdür, yoxsa zərurət… Bu gün o bir qəhrəmandır. Onun qarşısında çıxış edirəm, baş əyirəm. Allah sizi var etsin”.
Dadaşova daha sonra Tural adlı hərbçi ilə fotosunu yayımlayıb və “Mən onun qəhrəmanı idim. İndi o, mənim qəhrəmanımdır” şərhini yazıb.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi



