1 500 manatlıq borc üstündə tanışını bıçaqladı – Məhkəmədən hökm
Lənkəran Ağır Cinayətlər Məhkəməsində borc üstündə tanışını bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı hökm elan olunub.
Minval.info xəbər verir ki, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rəfael Güləliyev (soyadı şərtidir) 3 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2026-cı ilin mart ayında Salyan şəhərində baş verib.
İstintaq materiallarına əsasən, Rəfael Güləliyev tanışı Mahir Rəsulov (soyadı şərtidir) ilə borc məsələsinə görə mübahisə edib. Mübahisə zamanı o, özü ilə gətirdiyi bıçaqla qarşı tərəfə bir neçə zərbə endirib. Bildirilir ki, zərərçəkmiş Güləliyevdən 1 500 manat borcunu tələb etdikdən sonra münaqişə baş verib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin aldığı xəsarətlərdən biri qarın boşluğuna nüfuz edərək həyat üçün təhlükəli hesab olunub, digər xəsarətlər isə yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.
Məhkəmədə ifadə verən Rəfael Güləliyev özünü qismən təqsirli bildiyini, zərərçəkmişə yalnız bir bıçaq zərbəsi endirdiyini deyib. Onun sözlərinə görə, Mahirdən 3 min manat borc alıb, bunun 2 700 manatını qaytarsa da, qarşı tərəf ondan 1 500 manat tələb edib. Təqsirləndirilən şəxs borcla bağlı aralarında əvvəllər də bir neçə dəfə mübahisə yaşandığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş