Birinci MDB Oyunları: Azərbaycan komandası 26 medal qazanıb

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir.
Minval.info xəbər verir ki, komandamız daha 3 medal qazanıb. Belə ki, koreş yarışlarında mütləq çəkidə Camal Feyziyev qızıl, Əlisəftar Məmmədli (85 kq) gümüş, Elvar Nəhmətzadə (60 kq) bürünc medal qazanıblar.
Basketbol (3×3) komandamız isə üçüncü yer uğrunda qarşılaşmada Özbəkistana 14:13 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Bununla da, Azərbaycanın qazandığı medalların sayı 26-ya çatıb. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc medallardır.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır



