"Bir qazini razı salmaq çətin idi?!" - Flora Kərimova
Xalq artisti Flora Kərimova özünü yandıraraq intihar edən qazinin faciəsinə səssiz qalmayaraq sosial şəbəkədə paylaşım edib.
Flora Kərimova qazini intihar həddinə çatdıranları tənqid edib: “Bu, nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir vətən oğlu niyə çörək üçün balasından utanıb, özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?
O igid müharibədə qardaş, yoldaş itkisi görmüş biridir. İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havayacan bu oğullara borcluyuq. Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın axı?! Bəs etmədi bu torpaq üçün şəhid olan 4 min şəhidin qanı ki, yarıcan canları ilə əlləşən qazilər də “qurban” olsun?!
İcra başçısı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb?! Bəsdirin millətin hissiyyatı ilə oynadınız! Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq!”
Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən 35 yaşlı qazi Elvin Cəfərov ötən gecə vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bayram günlərində 142 nəfər zəhərlənib, onlardan biri ölüb
Azərbaycanda kolbasa sexindən iyrənc görüntülər - FOTOLAR
Körpələri “xodunoka”qoymaq ziyandır – Həkimdən ciddi xəbərdarlıq
Milli Məclisin növbəti plenar iclası aprelin 17-də keçiriləcək
Ağ bayraq qaldıran Ermənistanla hər hansı əməkdaşlıq mümkünmü?
Azərbaycanlı modeldən çox danışılacaq toy fotosessiyası