Bir ayda mina partlaması nəticəsində iki mülki şəxs yaralanıb
Rəsmi struktu
rlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin avqust ayında 2 hadisə nəticəsində 2 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.
“Minval.info” xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.
Onun sözlərinə görə, nəticədə biri mina təmizləyən olmaqla iki mülki şəxs yaralanıb.
2021-ci ilin avqust ayında minalarla bağlı hadisələr Ağdam və Daşkəsən rayonlarının ərazisində baş verib.
Ümumilikdə, 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 82 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
11 Avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində müvəqqəti yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi Xocavənd rayonunun Yenikənd kəndində 3 nəfər Ermənistan hərbçisi mina partlayışından yaralanıb.
Qeyd edək ki, həmin ərazilər 30 il Ermənistan hərbçilərinin nəzarəti altında olub və hazırda Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidir.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edib ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır