Bir ay əvvəl arvadını öldürən kişinin meyiti tapıldı - Məktub yazıb
İsmayıllı rayonunda 65 yaşlı arvadını əvvəlcə balta ilə başından vurub sonra isə iplə boğaraq öldürən kişinin meyiti tapılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, təxminən bir ay əvvəl rayonun Gəraybəyli kəndində yaşayan 1954-cü il təvəllüdlü Əzizə Axundova Gülməmməd qızının meyiti evindən tapılmışdı. İstintaq zamanı məlum olmuşdu ki, onu əri, 1944-cü il təvəllüdlü Axundov Hacıalı Qasım oğlu öldürüb. H.Axundov qətli törətdikdən sonra evdən gedib və istintaqdan yayınmışdı. Dünən isə kişinin meyiti rayonda yerləşən Aşıqbayramlı gölündə tapılıb. İlkin məlumata görə, H.Axundov intihar məqsədi ilə özünü gölə ataraq öldürüb.
H.Axundov qətli törətdikdən sonra məktub yazaraq evdə stolun üstünə qoyub və orada qeyd edib: “Mən bunu 30-40 il əvvəl etməli idim, ancaq uşaqlarım körpə olduğundan etmədim. İndi isə uşaqları bir yanlıq etmişəm, buna məcburam, etməliyəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır