21.02.2019 - 11:50
Hadisə 1 baxış

Bir ailə yandı, 2 yaşlı körpə isə öldü - Bakıda evdə partlayış

Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib.

Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul (rastvoritel) töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İki yaşlı M.Əliyev isə dünən xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: