Bıçaqlanan tamadanın vəziyyəti ağırdır
Xəbər verdiyimiz kimi, tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.
Oğlu Məhəmməd Axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, musiqiçi hələ də reanimasiyadadır:
“Hadisə gününün səhərisi atamı özəl xəstəxanaya gətirdik. Onda ambulansda gördüm. O vaxtdan görə bilmirəm. Vəziyyəti yaxşı deyil. Daxili qanaxması olub. Bir də nəfəs ala bilmir. Reanimasiyadadır, həkimlər bir söz demir”.
Məhəmməd əlavə edib ki, atası şəkər xəstəsidir.
Qeyd edək ki, N.Dağlaroğlu iyulun 2-də gecə saatlarında “Altun” sarayda toyda bıçaqlanıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Məhəmməd açıqlamasında bildirib ki, mübahisə zamanı o da əlindən bıçaq zərbəsi alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu