Beynəlxalq Qızıl Xaç Komitəsi Cəmil Babayevlə görüşüb?

“Biz Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) olaraq əlaqədar qurumlarla həmin şəxsə baş çəkmək üçün danışıqlar aparırıq”.
“MİNVAL.İNFO” xəbər verir ki, bunu MODERN.AZ -a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülən Azərbaycan hərbçisi Cəmil Babayev barədə sualı cavablandırarkən deyib.
İ.Hüseynova qeyd edib ki, BQXK bu məsələ ilə bağlı əlaqədədir.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Ermənistan mətbuatı Azərbaycan əsgərinin əsir götürülmə anının videosunu yayıb.
Düşmən tərəfi bildirib ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır