"Beşiktaş"ın baş məşqçisi daha əvvəl "Qarabağ"da işləyib
Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi səlahiyyətlərini icra edən Önder Karaveli daha əvvəl Azərbaycanda işləyib.
Minval.info-nun məlumatına görə, 47 yaşlı mütəxəssis 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.
Karaveli “köhlən atlar”dan ayrıldıqdan sonra İstanbul təmsilçisinin akademiyasında çalışıb. “Qara qartallar”ın U-19 komandasına rəhbərlik edən baş məşqçi dekabrın 9-da Sergen Yalçının istefasından sonra əsas komandaya çağırılıb.
Qeyd edək ki, “Beşiktaş” Önder Karavelinin rəhbərliyi altında Superliqadakı üç qarşılaşmanın birində heç-heçə edib, ikisində isə qələbə qazanıb. “Ağ-qaralar” hazırda 18 oyundan 28 xalla 7-ci pillədə qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı