Bayramov və Mirzoyan Nyu-Yorkda sülhü müzakirə edəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bu ay Nyu-Yorkda bir araya gələcəklər. Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
Minval.info xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu barədə açıqlama verib. O, görüşün gündəliyini dəqiqləşdirməsə də, iki ölkə arasında sülh prosesinin müzakirə olunacağını bildirib.
Xatırladaq ki, nazirlər arasında son görüş sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı keçirilib. Həmin görüşdən sonra tərəflər tezliklə yenidən görüşəcəklərini bəyan etmişdilər.
Bundan əlavə, ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Bakıya səfər edərək, Azərbaycan Xarici İşlər Nazirliyinin müavini Elnur Məmmədovla Ermənistan-Azərbaycan sülh prosesi və TRIPP layihəsi barədə müzakirələr aparıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anar Bayramovdan Sumqayıtda iki vacib təyinat
Azərbaycanda sabit internet tarifləri artırılacaq
Bakıda 21 və 30 nömrəli marşrut dəyişdi
Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi
Sərdar Cəlaloğlu: Ramiz Mehdiyev işi üzrə yalan iddialar
Bakıda yol nişanlarına qanunsuz müdaxilə!
Emil Kərimovun adı Toronto Universitetində əbədiləşdi