03.11.2026 - 14:54
Şəhid övladları üçün əyləncəli tədbir keçirilib
CƏMİYYƏT 115 baxış

Şəhid övladları üçün əyləncəli tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi və “Azərsun Holdinq”in birgə təşəbbüsü ilə şəhid övladları üçün maraqlı bir tədbir təşkil edilib.

Minval.info xəbər verir ki, bu tədbir Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində baş tutub. Tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı “Dreamland Baku” ərazisində yerləşən “Dream Trampoline” əyləncə mərkəzində vaxt keçiriblər.

Uşaqlar burada batutlarda tullanıb, müxtəlif oyun zonalarından istifadə edərək əyləncəli anlar yaşayıblar. Həmyaşıdları ilə birlikdə vaxt keçirərək yeni dostlar da qazanıblar.

Tədbirin əsas məqsədi şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: