03.11.2026 - 14:44
Kiyevdə ölən və yaralananlar var: yerli "döyüşçü"lər insanlara hücum ediblər?
Hadisə 218 baxış

Kiyevdə ölən və yaralananlar var: yerli "döyüşçü"lər insanlara hücum ediblər?

Kiyev yaxınlığında baş verən etirazlar zamanı toqquşmalar nəticəsində ölən və yaralananlar qeydə alınıb. Oxu.az-ın məlumatına görə, Ukrayna Ali Radasının deputatı Artem Dmitruk öz “Telegram” kanalında bu barədə məlumat verib.

Dmitruk qeyd edib ki, Prezident Volodimir Zelenski tərəfindən göndərilən “döyüşçülər” etirazçılara qarşı zor tətbiq edərək onları döyüb və atəş açıblar. Nəticədə bir neçə nəfər ölüb, bir çoxu isə ağır yaralanıb.

Deputatın paylaşdığı videoda yerdə huşsuz vəziyyətdə uzanan bir kişi görünür ki, kadr arxasında olan şəxslər onun döyüldüyünü bildirirlər.

Hadisəyə dair əlavə məlumatda noyabrın 2-də Kiyev yaxınlığında fərdi evin zirzəmisində təxminən 40 nəfərin silahlı şəxslər tərəfindən saxlanıldığı bildirilir. Bu insanların çoxunun üzərində işgəncə izləri aşkar edilib. Təcili yardım maşınları döyülmə izləri olan dörd şəxsi aparmağa icazə alıb, onlardan biri ağır vəziyyətdədir.

Polisin rəsmi açıqlamasına görə, evdə Ukrayna Milli Qvardiyasının hərbçiləri yerləşib. Qvardiyanın komandiri Oleksandr Pivnenko, xəsarət alanların qaçan əsgərlər olduğunu və evin müvəqqəti yerləşdirmə məntəqəsi kimi istifadə edildiyini bildirib. Hadisə yerində başlayan kütləvi etirazlardan sonra, saxlanılan şəxslərin tibbi müayinəyə göndərilməsi qərara alınıb.

SOSİAL MEDİA MƏZMUNU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: