28 il, 29 ölkə, 57 min kilometr: Dünya səyahətini piyada başa vurdu
Britaniyalı keçmiş paraşütçü Karl Buşbi, 29 ölkəni əhatə edən 57 min 936 kilometrlik dünya səyahətini 28 ilə tamamladıqdan sonra doğma şəhəri Hulla qayıdıb. Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Buşbi, 1998-ci ildə Çilinin ən cənubunda yerləşən Punta Arenas şəhərindən yola çıxaraq, səyahətini tamamlamadan evə qayıtmamağı və yol boyu irəliləmək üçün heç bir nəqliyyat vasitəsindən istifadə etməməyi qarşısına məqsəd qoyub.
Dörd qitəni, səhraları, meşələri, dağları və donmuş dənizləri piyada keçən Buşbi, dünyanın ən uzun fasiləsiz piyada səyahəti rekordunu qırmağı bacarıb.
Çətinliklər və uğurlar
Uzun və təhlükəli səfəri zamanı Buşbi Berinq boğazını və Darien keçidini piyada keçib, qütb ayıları ilə qarşılaşıb və silahlı təhdidlərə məruz qalıb. O, Rusiyada casusluqda ittiham edilərək saxlanılıb və ölkədən deportasiya edilib.
57 yaşlı səyyah, doğma şəhərində Kraliça Viktoriya meydanında izdihamla qarşılanıb. Buşbi, uğurunun yalnız özünə aid olmadığını vurğulayaraq, yol boyunca ona kömək edən insanlara və göstərilən dəstəyə görə təşəkkür edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da ara seçkilərdə səsvermə başladı
Kreml: Ukrayna mövzusunda üçtərəfli müzakirələrdə iştirak edəcəyik
ABŞ və İran arasında gərginlik: Hörmüz boğazı yenidən gündəmdə
Türkiyə və Cənubi Koreya arasında dörd yeni anlaşma imzalandı
Zelenski Berlinə səfər etdi: Merz ilə danışıqlar aparacaq
ABŞ NATO-dan Ukrayna üçün əlavə mali dəstək istəyəcək
Ukrayna dron hücumları Rusiyanın aviasiyasına təsir edir