03.11.2026 - 15:14
Türkiyə və Cənubi Koreya arasında dörd yeni anlaşma imzalandı
Dünya 208 baxış

Türkiyə və Cənubi Koreya arasında dörd yeni anlaşma imzalandı

Türkiyə ilə Cənubi Koreya arasında dörd yeni anlaşma imzalanıb. Bu anlaşmalar elm, texnologiya, təbii resurslar, mədənçilik, enerji və nüvə enerjisi sahələrini əhatə edir. İmzalanma mərasimi Seul şəhərində, Prezident Sarayında baş tutub.

Minval.info xəbər verir ki, görüşlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya Prezidenti Li Cae Myunqun iştirakı ilə bu anlaşmalar rəsmi olaraq təsdiqlənib. İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə bu addımlar atılıb.

Anlaşmalardan biri, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Cənubi Koreya Respublikası Elm və İnformasiya-İletişim Texnologiyaları Nazirliyi arasında “Elm, Texnologiya və İnnovasiya sahələrində Əməkdaşlıq Memorandumu” olub. Bu sənəd, Türkiyə tərəfdən Xarici İşlər Naziri Hakan Fidan və Cənubi Koreya tərəfdən Elm və İnformasiya-İletişim Texnologiyaları Naziri Bae Kyung-hoon tərəfindən imzalanıb.

Bundan başqa, Türkiyə Respublikası Enerji və Təbii Resurslar Nazirliyi ilə Cənubi Koreya Respublikası Ticarət, Sənaye və Resurslar Nazirliyi arasında “Təbii Resurslar və Mədənçilik sahələrində Əməkdaşlıq Memorandumu” da imzalanıb. Bu sənədə Türkiyənin Enerji və Təbii Resurslar Naziri Alparslan Bayraktar və Cənubi Koreya Ticarət, Sənaye və Resurslar Naziri Kim Jung-Kwan imza atıblar.

Bu anlaşmaların iki ölkə arasında ticarət həcmini 15 milyard dollara çatdırmaq hədəfinə dəstək olacağı gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: