03.11.2026 - 15:34
Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı
Kriminal 115 baxış

Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı

Publika.az-ın yazdığına görə, “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə zamanı “Azenco”nun hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev ifadə verib.

Pərviz Hacıyev bildirib ki, Vüqar Əliyev şirkətdə maliyyə məsələlərinə nəzarət edirdi və Özbəkistanla 16 milyon manatlıq müqavilə bağlanmasına baxmayaraq, sonradan bu məbləğ 8 milyon manata endirilib. Bu endirim Özbəkistan şirkətinin əvvəlki məbləği ödəyə bilməməsi ilə izah olunub.

İfadəsində Pərviz Hacıyev şirkətin maliyyə hesabatlarında kənar xərclərin olduğunu, lakin bu barədə Vüqar Əliyevə şifahi xəbərdarlıq edildiyini qeyd edib. Həmçinin, bir gündə 15 min manatlıq gül alınmasına dair məlumat verib.

Etibar Pirverdiyevin adı hallandı

Müdafiə tərəfi Etibar Pirverdiyevin şirkətdəki rolunu sorğulasa da, bu suallar protokoldan çıxarılıb. Vüqar Əliyev isə özünü təqsirli hesab etmədiyini və hər hansı bir mənimsəmə faktının olmadığını bildirib. O, Etibar Pirverdiyevi “şef” adlandıraraq, onunla birgə Özbəkistanla danışıqlara getdiyini deyib.

İşin davamı olaraq, məhkəmənin növbəti iclası noyabrın 16-da keçiriləcək. Etibar Pirverdiyevin şirkətdə məsləhətçi kimi 55 min manat maaş aldığı iddia edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: