Bayrağı qoparıb atan məmura cinayət işi açıldı - VİDEO
Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Belə ki, videoda Bərdə RİH-nin nümayəndəsi olduğu bildirilən şəxs Azərbaycan dövlət bayrağını sərt şəkildə çəkərək asılı olduğu yerdən qopardıb masanın üzərinə atır. Daha sonra isə o ərazidən uzaqlaşır.
Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılmışdır.
Bərdə RİH də məsələyə belə münasibət bildirib: “Bərdə rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınmış və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib. Azərbaycan Respublikasının Dövlət bayrağı bütün azərbaycanlıların baş tacı və qürur mənbəyi olduğu kimi rayonun bütün sakinləri üçün də ən müqəddəs dövlət rəmzidir və onu göz bəbəyi kimi qorumaq hər birimizin ümdə borcudur”.
https://youtu.be/5xJDIeCt7dA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə metroda qadına təcavüz edəni döydülər - VİDEO
Vasif Talıbovun maşınlarla bağlı qoyduğu qadağalar ARADAN QALDIRILDI
SSRİ-ni qaytarmaq istəyən radikallar binaları ələ keçirməyə başladılar
Belçikadakı aksiyada yaralanan jurnalist erməni vəhşiliyindən danışdı
Bakı-Tehran aviareysi ilə bağlı Cahangir Əsgərovdan açıqlama
Yanvarın 1-dən dövlət köhnə maşınları almağa başlayır
Mingəçevir su anbarında balıqların kütləvi ölüm səbəbi