Baş həkim işdən çıxarılır - Xəstəxanada təhvil-təslim işləri aparılır

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov işdən çıxarılır.
Bu barədə bildirilir ki, hazırda xəstəxanada təhvil-təslim işləri gedir. İddialara görə, Paşa Muradovun özü qərardan narazıdır və postunu qorumaq üçün mübarizəsini davam etdirir. Məsələnin hətta Tovuz rayon İcra Hakimiyyətində müzakirə olunduğu barədə məlumatlar var. İddialara görə, müzakirə kifayət qədər gərgin keçib.
Bildirilir ki, Paşa Muradovun karyerasına son qoyulması rayon rəhbərliyinin istəyidir. Bu baxımdan, hazırda baş həkimlə yerli rəhbərliyin münasibətləri gərgindir.
Minval.info Qaynarinfo-ya istinadən xəbər verir ki, baş həkim deyilənləri nə təkzib, nə də təsdiq edib: “Nə yazırsınız yazın, boş-boş şeylərə görə zəng vurmayın”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır