"Barselona" və ulduz futbolçu arasında gərginlik son həddə çatdı
“Barselona” futbolçusu Jerar Pike ilə yollarını ayıracaq.
Offsideplus.az “Skorer”ə istinadən xəbər verir ki, “Bavariya” ilə ÇL-nin qrup mərhələsinin II tur matçından sonra (0:2) 35 yaşlı müdafiəçi və baş məşqçi Xavi paltardəyişmə otağında mübahisə ediblər. Bu hadisədən sonra Kataloniya təmsilçisi və Pike arasındakı münasibət pisləşib.
Klub Jerarın cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək. La Liqa nəhəngi onun əvəzinə İniqo Martinesi heyətinə qatacaq.
Xatırladaq ki, Pike “Bavariya”ya uduzduqları matçdan sonra soyunub-geyinmə otağında komandada istədiyi oyun vaxtını ala bilmədiyi üçün şikayətlənib. Bu zaman ispaniyalı oyunçunun sözlərini eşidən Xavi – “Bundan sonra daha az oynayacaqsan” sözləri ilə kəskin reaksiya bildirib.
Qeyd edək ki, 2008-ci ildən “Barselona”da çıxış edən Pike bu mövsüm ilk “11-lik”dəki yerini itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır