Bank oğrusunu soyuqqanlı şəkildə güllələdi - VİDEO

ABŞ-ın Albakurke şəhərində silsilə bank qarətləri törədən 47 yaşlı cinayətkarın təqib zamanı polis tərəfindən soyuqqanlı şəkildə güllələnməsini əks etdirən görüntü yayılıb.
Oxu.Az “Liveleak”ə istinadən xəbər verir ki, insident polis uniformasına bərkidilmiş müşahidə kamerasının obyektivinə düşüb.
Hadisə iyunun 16-da baş versə də, görüntüsü internetə yeniсə sızıb.
1995-ci ildən bəri çoxsaylı cinayətlər üzrə məhkumluğu olan 47 yaşlı Riçard Riveyra polis təqibindən qaçan zaman yaxın məsafədən veteran polis zabiti tərəfindən güllələnir. Polis əməkdaşı atəş açacağını xəbərdar etsə də o buna heç bir məhəl qoymayıb.
Bu oğrunun 39 yaşlı rəfiqəsi Cenifer Rayellə birgə bir həftə ərzində sayca üçüncü silahlı qarəti olub. Cinayətkar aldığı güllə yarasından dünyasını dəyişib.
Qeyd edək ki, bank oğrusunun piyada təqibi və güllələnməsi anı videonun altıncı dəqiqəsindən etibarən başlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var
Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir
Harri və Meqan yenidən ABŞ-yə dönə bilər!
İranda dolların məzənnəsi rekord həddə çatdı