Balıqçının toruna 48 kiloqram kokain düşdü
Marşall adalarında balıqçının toruna ümumi kütləsi 48 kiloqram olan kokain dolu paketlər düşüb. “Ov”un dəyəri təxminən 4 milyon dollardır.
Virtualaz.org “BadNews” telegram kanalına istinadən xəbər verir ki, balıqçı paketləri yerli pıolis əməkdaşlarına təhvil versə də, hüquq-mühafizə orqanları paketin içindəkinin nə olduğunu aydınlaşdıra bilməyiblər. Buna görə də, polis ABŞ-ın ölkədəki səfirliyinə müraciət edib. Yoxlamanın nəticələri barədə hələlik məlumat yoxdur.
Bununla belə, polisdən bildirilib ki, paketdə olanlar son 20 il ərzində adaların sahillərindən tapılan narkotiklərə bənzəyir.
Marşall adalarının sahillərində tez-tez narkotiklər aşkarlanır. Bu vaxta qədər ən böyük tapıntının kütləsi 30 kiloqram idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır