Balakəndə narkotik vasitələr satan şəxslər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “MİNVAL.İNFO”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Zaqatala şəhər sakini Tahir Balayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə qurudulmuş marixuana aşkarlanıb.Araşdırma zamanı T.Balayevin həmin narkotik vasitəni rayon ərazisində satmaq məqsədilə üzərində daşıdığı məlum olub.
Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə güclü təsirə malik narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayonun Hənifə kənd sakini Ələsgər Gəncəliyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, Ə.Gəncəliyevin yaxın qohumuna məxsus evdən də oğurluq etdiyi məlum olub.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır