06.08.2021 - 15:27
Hadisə 1 baxış

Bakının mərkəzindəki köşk qarət edildi

Bakıda köşk qarət olunub.

Minval.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nəsimi rayonu ərazisindəki köşklərin birindən 412 manat pul və 7000 manat dəyərində tütün məmulatı oğurlanıb.

Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: