Bakıda “Buta Palace”ın art direktoru arvadını 5-ci mərtəbədən atdı - Fotolar
Bakıda kişi həyat yoldaşını öldürüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.
Həmin mənzildə yaşayan Taxveli Adelya Azər qızının binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq ölməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.
Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb və həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və R.Taxveli saxlanılaraq istintaqa təhvil verilib.
Baku.ws-in məlumatına görə, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”ın art direktorudur.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır